Bankda sığorta hadisəsi baş verdikdə əmanətçi
kompensasiyanın ödənilməsi barədə məlumatı haradan
əldə edə bilər
Fondun üzvü olan bankda sığorta hadisəsi baş verdikdə,
Mərkəzi Bank Fonda bidiriş göndərir. Fond bildiriş aldıqdan sonar 7
gün ərzində aşağıdakı kütləvi informasiya vasitələrində
kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir
və bildiriş dərc etdirir.
- AzTv
- İctimai televiziya
- Azərbaycan qəzeti
- Respublika qəzeti
- Xalq qəzeti
- AzərTAc informasiya agentliyi
- APA informasiya agentliyi
Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha
iki dəfə təkrar edir.
|
|
Səhifəyə 18373 dəfə baxılıb |
|