| HOME | AZ | EN |    
BANKLAR ÜÇÜN MƏLUMAT
ƏLAQƏ


Kompensasiya almaq qaydası

Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət etməlidir. Ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin məbləği, hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), əmanətin ümumi həcmi və kompensasiyanı hansı formada almaq istədiyi (nağd, köçürmə və s.) göstərilməlidir.

Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır:

  • əmanət (bank hesabı) müqaviləsi;
  • əmanət kitabçası;
  • yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd;
  • şəxsiyyəti təsdiq edən sənəd;
  • əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.

Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində Fonda ərizə ilə müraciət edə bilər. Əmanətçi bu müddətdə müraciətini qeyri-mümkün edən halları təsdiq edən sənədləri Fonda təqdim etdikdə kompensasiyanı almaq üçün müraciət müddəti uzadıla bilər, bir şərtlə ki, bildirişin ilk dəfə dərc edildiyi gündən beş ildən artıq müddət keçməsin.

Əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər.













emblem



Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin II rübünü başa vurdu

27.08.2010  

           Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan II rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 866 min AZN, 1 mln. 299 min ABŞ dolları, 175 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. 

ətraflı


Qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi illik 15%-dən 12%-ə endirildi.

27.05.2010

Əmanətlərin Sığortalanması Fondu  2010-cu il 27 may tarixində mətbuat konfransı keçirdi.

ətraflı


Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin I rübünü başa vurdu

23.04.2010

        Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan I rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 831 min AZN, 1 mln. 345 min ABŞ dolları, 172 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. 

ətraflı





Səhifəyə 18333 dəfə baxılıb

Copyright 2007 ©, ADIF