| HOME | AZ | EN |    
BANKLAR ÜÇÜN MƏLUMAT
ƏLAQƏ


Xəbərlər


Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin II rübünü başa vurdu

27.08.2010  

           Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan II rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 866 min AZN, 1 mln. 299 min ABŞ dolları, 175 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. 

ətraflı    

Qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi illik 15%-dən 12%-ə endirildi.

27.05.2010

Əmanətlərin Sığortalanması Fondu  2010-cu il 27 may tarixində mətbuat konfransı keçirdi.

ətraflı    

Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin I rübünü başa vurdu

23.04.2010

        Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan I rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 831 min AZN, 1 mln. 345 min ABŞ dolları, 172 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. 

ətraflı    

43 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür

19.04.2010

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “BTB”  ASC də əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı  43-ə çatdı.

ətraflı    

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdi

02.04.2010

Əmanətlərin Sığortalanması Fonduna üzv olan  “Azərnəqliyyatbank” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişilərək “Expressbank” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Bununla əlaqədar olaraq Fondun reyestrində müvafiq dəyişiklik edildi.  

ətraflı    

Əmanətlərin Sığortalanması Fondu 2009-cu ilin IV rübünü başa vurdu

01.02.2010

            Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan IV rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 711 min AZN, 1 mln. 224 min ABŞ dolları, 158 min Avro təşkil edir. İştirakçı bankların sayı 42-dir. 

ətraflı    

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Əmrahbank” səhmdar bankı ASC-nın adı dəyişdi

11.12.2009

          Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Əmrahbank” səhmdar bankı açıq səhmdar cəmiyyətinin adı dəyişilərək “Amrahbank” Açıq Səhmdar Bankı adlandırıldı. Bununla əlaqədar olaraq Fondun reyestrində müvafiq dəyişiklik edildi.

ətraflı    

Əmanətlərin Sığortalanması Fonduna üzv olan iki bankın adı dəyişdi

12.11.2009

            Əmanətlərin Sığortalanması Fonduna üzv banklardan “AZFİNANSBANK” ASC-nin bank lisenziyasında adı dəyişilərək “AFB BANK” ASC və “Azərdəmiryolbank” ASC-nin adı dəyişilərək “DƏMİRBANK” ASC adlandırıldı. Bununla əlaqədar olaraq Fondun reyestrində müvafiq dəyişiklik edildi. 
ətraflı    

Əmanətlərin Sığortalanması Fondu 2009-cu ilin III rübünü başa vurdu

21.10.2009 

        Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 624 min AZN, 1 mln. 157 min ABŞ dolları, 145 min Avro təşkil edir. İştirakçı bankların sayı 42-dir. 

ətraflı    

Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 % müəyyən olundu

10.06.2009

Azərbaycan Respublikasının Milli Məclisi 08 may 2009-cu il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul etmişdir.

ətraflı    

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 42-yə çatdı

04.05.2009

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “Bank Silk Vey”  ASC də əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı  42-ə çatdı.

ətraflı    

41 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür

03.03.2009

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “Kredobank”  ASC də əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı  41-ə çatdı.

ətraflı    

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 40-a çatdı

 20.02.2009

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına yeni yaranmış “AF-Bank”  da əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı 40-a çatdı.

ətraflı    

Əmanətlərin Sığortalanması Fondu 2008-ci ilin IV rübünü başa vurdu

02.02.2009

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan IV rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 870 min AZN, 868 min ABŞ dolları, 135 min avro təşkil edir.

ətraflı    

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 39-a çatdı

28.01.2009

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına yeni yaranmış AZFİNANSBANK da əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı 39-a çatdı.

ətraflı    

Əmanətlərin Sığortalanması Fondu 2008-ci ilin III rübünü başa vurdu

22.10.2008

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 918 min AZN, 911 min ABŞ dolları, 153 min avro təşkil edir.

ətraflı    

Əmanətlərin Sığortalanması Fondu Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna üzv qəbul olunub

20.10.2008

Əmanətlərin Sığortalanması Fondu Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna (EFDI) üzv qəbul olunub.

ətraflı    

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 38-ə çatdı

05.09.2008

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına yeni yaranmış “Naxçıvanbank” da əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı 38-ə çatdı.

ətraflı    

Əmanətlərin Sığortalanması Fondu bir ilə yekun vurdu

18.07.2008

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan II rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 961 min AZN, 1 mln. 72 min ABŞ dolları, 159 min avro təşkil edir ki, bu da 2 mln. 36 min AZN ekvavalentindədir.

ətraflı    

Əmanətlərin Sığortalanması Fondu 2008-ci ilin I rübünün təqvim haqlarını toplayıb

23.04.2008

Əmanətlərin Sığortalanması Fondu 2008-ci ilin I rübünün təqvim haqlarının toplanmasını başa çatdırıb. Təqvim haqları 841 min AZN, 1 mln. 94 min ABŞ dolları, 130 min avro təşkil edib. İştirakçı bankların Fondun reysterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə birlikdə bütün daxil olan məbləğ 5 mln. 549 min AZN təşkil edir.

ətraflı    

ƏSF-nin İcraçı direktoru Azad Cavadov Bakıda təşkil olunmuş V Xəzər Beynəlxalq “Bankçılıq və maliyyə” sərgi-konfransında çıxış edib

09.04.2008

Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov “ITE Group” və “Iteca Caspian”ın təşkilatçılığı ilə Bakıda təşkil olunmuş ikigünlük V Xəzər Beynəlxalq “Bankçılıq və maliyyə” sərgi-konfransında çıxış edib. ”Bankların aktiv inkişafı üçün yerli depozitlərin və maliyyələşdirmə mənbəyi kimi cəlb olunan xarici kredit vəsaitlərin arasında optimal nisbətin əldə olunması” mövzusunda olan sessiyada İcraçı direktor Azərbaycanda əmanətlərin sığortalanması sistemindən danışıb, əhalinin banklarda olan əmanətlərinin cəmi haqqında konfrans iştirakşılarına məlumat verib.

ətraflı    

ƏSF yarandığı gündən fonda daxil olan məbləğ 4 milyona yaxındır

05.02.2008

Əmanətlərin Sığortalanması Fondu  IV rübün  təqvim  haqlarının  toplanmasını başa çatdırıb. Təqvim   haqları  665  min  800 AZN,  1 mln. 62 min  367  ABŞ dolları, 112  min 454  avro  təşkil  edib. Bu isə III rüblə müqayisədə  milli valyutada  olan məbləğdə  9%, ABŞ dollarında 4,5%, avroda olan məbləğdə  isə 47,6%  artıqdır.

ətraflı    

Əmanətlərin Sığortalanması Fondunun internet saytı istifadəyə verilib

11.01.2008

Əmanətlərin Sığortalanması Fondunun internet saytı istifadəyə verilib. www.adif.az ünvanında fond haqqında məlumat, əmanətçilər və banklar üçün bilgilərlə yanaşı dünya təcrübəsi ilə də tanış olmaq mümkündür.

 

ətraflı    

2008-ci ildən sığortalanmış əmanətlərin məbləğı artır

11.01.2008

Əmanətlərin Sığortalanması Fondu 2008-ci il yanvar ayının 1-dən banklardakı əmanətləri 6 min manat ekvavalenti məbləğində sığortalayır. 2010-cu ildən isə bu məbləğ 8 min manata çatacaq.

ətraflı    

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı artır

05.12.2007

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “Bank Avrasiya” və “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətləri də qoşulub.

ətraflı    

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ilk təqvim haqlarını toplayıb

31.10.2007

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan ilk təqvim haqlarını toplayıb. Təqvim haqları 601 916 AZN, 1 002 170 ABŞ dolları, 73 068 avro təşkil edir. Fonda köçürülən təqvim haqlarının cəmi 1 547 253 AZN-dir.

ətraflı    

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 35-ə çatıb

29.10.2007

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “Günay Bank” ıq tipli Səhmdar Bankı da qoşulub.

ətraflı    

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı artır

10.09.2007

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına dörd bank da əlavə olundu.

ətraflı    

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların siyahısı açıqlanıb

14.08.2007

Avqustun 13-də Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların siyahısı açıqlanıb. Buraya aşağıdakı 30 bank daxildir:

ətraflı    

Əmanətlərin Sığortalanması Fondu fəaliyyətə başladı

10.08.2007

Avqustun 11-dən banklarda olan əmanətlər sığortalanacaq. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov avqustun 10-da keçirdiyi mətbuat konfransında məlumat verib.

ətraflı    





Copyright 2007 ©, ADIF