Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 12 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 878

Yeniliklərə abunə ol

İNFOMƏRKƏZ

Ləğv prosesində olan “Parabank” ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınması baradə ELAN
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1 (81)-3618/2016 saylı qərarı ilə “Parabank”ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən qeyd edilən bankların Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Bununla əlaqədar olaraq məcburi ləğv edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
ətraflı
Ləğv prosesində olan “Dekabank” ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınması baradə ELAN
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3617/2016 saylı qərarı ilə “Dekabank”ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən “Dekabank”ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Bununla əlaqədar olaraq məcburi ləğv edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
ətraflı
Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
27.08.2016 / 9:00 Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 26 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 milyon 854 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 milyon 980 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 11 milyon 483 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 477 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 71 miyon 794 min manatdan artıq kompensasiya ödənilmişdir.
ətraflı
Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
26.08.2016 / 9:00 Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 25 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 milyon 699 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 milyon 513 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9 milyon 946 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 473 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 69 miyon 631 min manatdan artıq kompensasiya ödənilmişdir.
ətraflı
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınması baradə ELAN
25.08.2016 Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə “Qafqaz İnkişaf Bankı”ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və “Qafqaz İnkişaf Bankı” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”ASC-yə ləğvedici təyin olunmuşdur.
ətraflı
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC -nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ
25.08.2016 Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə “Qafqaz İnkişaf Bankı”ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və “Qafqaz İnkişaf Bankı” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”ASC-yə ləğvedici təyin olunmuşdur.
ətraflı

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 3 istifadəçi saytdadır.