Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1188

Yeniliklərə abunə ol

İNFOMƏRKƏZ

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
07.08.2017 Diqqətinizə çatdırırıq ki, ləğv prosesində olan “Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 31 milyon 024 min manat olmaqla onlardan 26 milyon 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 milyon 614 min manatı kompensasiya olunan əmanətlərdir. 04 avqust 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 14 milyon 351 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) və 263 min 316 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır. Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 11 milyon 996 min manat olmaqla onlardan 6 milyon 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 090 min manatı kompensasiya olunan əmanətlərdir. 04 avqust 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) və 86 min 452 manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
ətraflı
Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
01.08.2017 Diqqətinizə çatdırırıq ki, ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 milyon 601 min manat olmaqla onlardan 50 milyon 714 min manatı qorunan əmanətlər, o cümlədən 43 milyon 885 min manatı kompensasiya olunan əmanətlərdir. 31 iyul 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
ətraflı
Diqqət!!! Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu bugün başa çatır!!! (TƏKRAR)
01.08.2017 Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki,13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank” ASC, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank” ASC, 30 iyul 2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank” ASC, 30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank” ASC-də 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.
ətraflı
Hərracın nəticələri barədə MƏLUMAT
31.07.2017 Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, ləğv prosesində olan “ RoyalBank ” ASC-nin balansında olan “Lexus GS-350” markalı nəqliyyat vasitəsi (qeydiyyat nömrə nişanı 90-AR-006, ban nömrəsi JTHCE96S370012146, buraxılış ili : 2008, rəngi qara ) 25 iyul 2017-ci il tarixində, saat 11:00-da Bakı şəhəri Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156(20A) 1933 məhəllə ünvanında yerləşən Hərrac mərkəzində ilkin satış qiyməti 14 525 (on dörd min beş yüz iyirmi beş) manat olmaqla açıq hərraca çıxarıldı.
ətraflı
Təkrar Elan: Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə!!!
19.07.2017 Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank” ASC, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank” ASC, 30 iyul 2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank” ASC, 30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank” ASC-də 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3.-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 1 avqust 2017-ci ilhesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 1 avqust 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur.
ətraflı

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 19 istifadəçi saytdadır.