MÜRACİƏT
KREDİT ÖDƏNİŞİ
Kompensasiyanın məbləği və faizi nə qədərdir?
02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi Fondun Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsi çərçivəsində olmaqla 4 (dörd) il 9 (doqquz) ay müddətində tam sığortalanır və tam kompensasiya olunur.
Sığortalanmış əmanət nədir?
Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.
Kompensasiya hansı valyutalarda ödənilir?
Milli valyutada olan əmanətlərə - manatda. Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla. ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada. Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda